Şimali və Cənubi Koreya yeni sammitin hazırlıqlarına başlayıb

Şimali və Cənubi Koreya yeni sammitin hazırlıqlarına başlayıb Bakı. 13 avqust. REPORT.AZ/ Koreya Xalq Demokratik Respublikası (Şimali Koreya) və Cənubi Koreya nümayəndələri yeni Koreya sammitinin vaxtı və yerinin müzakirəsinə başlayıblar.
Digər ölkələr
13 Avqust , 2018 10:10
Şimali və Cənubi Koreya yeni sammitin hazırlıqlarına başlayıb
Reuters

Bakı. 13 avqust. REPORT.AZ/ Koreya Xalq Demokratik Respublikası (Şimali Koreya) və Cənubi Koreya nümayəndələri yeni Koreya sammitinin vaxtı və yerinin müzakirəsinə başlayıblar.

"Report" "Yonhap"a istinadən xəbər verir ki, iki ölkənin nümayəndələrinin görüşü silahsızlaşdırılmış bölgədə yerləşən Phanmuncom sərhəd mənqəsində keçirilir.

Cənubi Koreyanın nümayəndə heyətinə milli birləşmə işləri üzrə nazir Ço Myon Qyun rəhbərlik edir. Şimali Koreyanı isə Vətənin Sülh Yolu ilə Birləşməsi Komitəsinin sədri Li Son Qvon təmsil edir.

Cənubi Koreya KİV-i tərəflərin artıq sentyabrda Pxenyanda sammit keçirilməsi barədə razılıq əldə etdiyini yazıb.

Son xəbərlər

Orphus sistemi