​Şimali Koreyanın müdafiə naziri edam olunub

​Şimali Koreyanın müdafiə naziri edam olunub Xyon Yon Çxol zenit topundan atəş açılaraq öldürülüb
Digər ölkələr
13 May , 2015 07:12
​Şimali Koreyanın müdafiə naziri edam olunub

Bakı. 13 may. REPORT.AZ/ Koreya Xalq Demokratik Respublikasında (KXDR) yüksək vəzifəli dövlət məmurlarının edamı davam etdirilir.

"Report" xəbər verir ki, Cənubi Koreyanın milli agentliyinin məlumatına görə, Şimali Koreya hakimiyyəti ölkənin müdafiə naziri Xyon Yon Çxolu edam edib.

"Yonhap News" Cənubi Koreya kəşfiyyatındakı mənbələrinə istinadən yazır ki, Şimali Koreyanın müdafiə naziri zenit topundan atəş açılaraq öldürülüb.

Son xəbərlər

Orphus sistemi