Yuxarı

Səudiyyə Ərəbistanı "Qatar Airways" şirkətinin lisenziyasını ləğv edib

Səudiyyə Ərəbistanı "Qatar Airways" şirkətinin lisenziyasını ləğv edib
Şirkətin əmirlikdəki ofisini iki günə bağlamaq əmr olunub

Bakı. 6 iyun. REPORT.AZ/ Səudiyyə Ərəbistanı Mülki Aviasiya İdarəsi "Qatar Airways" şirkətinin lisenziyasını ləğv edib və şirkətin əmirlikdəki ofisini iki günə bağlamaq barədə əmr verib.

"Report" AFP-yə istinadən xəbər verir ki, bu barədə Mülki Aviasiya İdarəsinin bəyanatında deyilir.

Xatırladaq ki, iyunun 5-də Misir, Səudiyyə Ərəbistanı, Bəhreyn və Birləşmiş Ərəb Əmirlikləri Qətəri terror təşkilatlarına dəstək verməkdə və Yaxın Şərqdə sabitliyi pozmaqda ittiham edərək Doha ilə diplomatik əlaqləri kəsib. Bunun ardından Liviya, Yəmən, eləcə də Maldiv adaları və Mavriki də Qətər ilə münasibətlərini kəsdiklərini elan edib.

Qətər və qonşuları arasındakı münaqişə Ər-Riyadda Fars körfəzi ölkələri və ABŞ arasında baş tutan sammitdən bir həftə sonra baş verib. Hər şey Qətərin xəbər agentliyində ölkənin əmiri adından İranla münasibətlərin yaxşılaşdırılmasına səsləyən çıxışın dərc edilməsindən başlayıb. Çünki sammit zamanı Səudiyyə Ərəbistanı hökuməti bütün qonaqlar adından Tehranı düşmən siyasətinə görə pisləyib və adekvat cavab verəcəyi ilə hədələyib.

Daha sonra Qətər Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi agentliyin saytının hakerlər tərəfindən sındırıldığını və əmirin adından olan çıxışı məhz hakerlərin yerləşdirdiyini bildirib. Lakin Səudiyyə Ərəbistanı, BƏƏ və Bəhreyn bu təkzibi inandırıcı saymayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi