Fransanın paytaxtı Paris şəhərində "sarı jiletlilər"in bu gün keçirilən etiraz tədbirləri zamanı 70 nəfər aksiya iştirakçısı sorğu-sual olunub.
"Report"un Qərbi Avropa bürosu xəbər verir ki, ölkənin İqtisadiyyat Nazirliyinin inzibati binası yaxınlığında təşkil olunan aksiyada bu saatlarda artıq 2 mindən artıq insan iştirak edir. Vəziyyətlə bağlı Fransa Prezidenti Emmanuel Makron Daxili İşlər naziri Kristof Kastaneri Prezident sarayına çağırıb.
Yelisey çölü prospektində və Parisin Notr-Dam kilsəsi yaxınlığında aksiyaların keçirilməsinə icazə verilməsə də, Parisin bir sıra metrostansiyasının bağlanması nəticəsində metronun ümumi fəaliyyəti pozulub.
Yelisey çölü prospektinə gedən yolların bağlanması səbəbindən avtomobillərin hərəkəti bütün paytaxtda çətinləşib.