"Sarı jiletlilər"in aksiyasında iştirak edən 70 nəfər sorğu-sual olunub

"Sarı jiletlilər"in aksiyasında iştirak edən 70 nəfər sorğu-sual olunub Fransanın paytaxtı Paris şəhərində sarı jiletlilərin bu gün keçirilən etiraz tədbirləri zamanı 70 nəfər aksiya iştirakçısı sorğu-sual olunub.
Digər ölkələr
20 Aprel , 2019 15:45
Sarı jiletlilərin aksiyasında iştirak edən 70 nəfər sorğu-sual olunub

Fransanın paytaxtı Paris şəhərində "sarı jiletlilər"in bu gün keçirilən etiraz tədbirləri zamanı 70 nəfər aksiya iştirakçısı sorğu-sual olunub.

"Report"un Qərbi Avropa bürosu xəbər verir ki, ölkənin İqtisadiyyat Nazirliyinin inzibati binası yaxınlığında təşkil olunan aksiyada bu saatlarda artıq 2 mindən artıq insan iştirak edir. Vəziyyətlə bağlı Fransa Prezidenti Emmanuel Makron Daxili İşlər naziri Kristof Kastaneri Prezident sarayına çağırıb.

Yelisey çölü prospektində və Parisin Notr-Dam kilsəsi yaxınlığında aksiyaların keçirilməsinə icazə verilməsə də, Parisin bir sıra metrostansiyasının bağlanması nəticəsində metronun ümumi fəaliyyəti pozulub. 

Yelisey çölü prospektinə gedən yolların bağlanması səbəbindən avtomobillərin hərəkəti bütün paytaxtda çətinləşib.

Son xəbərlər

Orphus sistemi