Şahzadə Harri və Meqan Markl övlad sahibi olacaqlar

Şahzadə Harri və Meqan Markl övlad sahibi olacaqlar Kensinqton Sarayından cütlüyün ilk övladının 2019-cu ilin yazında anadan olacağı bildirilib
Digər ölkələr
15 Oktyabr , 2018 13:06
Şahzadə Harri və Meqan Markl övlad sahibi olacaqlar
0 : 00
0 : 00

Bakı. 15 oktyabr. REPORT.AZ/ Böyük Britaniya kraliçasının nəvəsi şahzadə Harri və onun həyat yoldaşı Meqan Markl valideyn olmağa hazırlaşırlar.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Kensinqton Sarayı "Twitter" səhifəsində məlumat verib.

Məlumata görə, cütülüyün ilk övladı 2019-cu ilin yazında anadan olacaq.

Dünyaya gələcək uşaq Uels şahzadəsi Çarlz, əmisi şahzadə Uilyam və onun övladları, başqa sözlə, əmiuşaqları Corc (2013), Şarlott (2015), Lui (2017) və nəhayət, atası şahzadə Harridən sonra Britaniya taxtının sayca yeddinci varisi olacaq. O, həmçinin kraliça II Elizabetin yeddinci nəticəsi olacaq.

Xatırladaq ki, şahzadə Harri və Meqan Markl bu il mayın 19-da evləniblər.

Son xəbərlər

Orphus sistemi