Rusiyada 6 övladı və keçmiş arvadını öldürən şəxsin başqa cinayət əməlləri də üzə çıxıb

Rusiyada 6 övladı və keçmiş arvadını öldürən şəxsin başqa cinayət əməlləri də üzə çıxıb Hadisə zamanı qadının "Ərim hamımızı öldürür" qışqırmasına baxmayaraq, heç bir qonşu onlara kömək etməyib
Digər ölkələr
6 Avqust , 2015 12:41
Rusiyada 6 övladı və keçmiş arvadını öldürən şəxsin başqa cinayət əməlləri də üzə çıxıb

Bakı. 6 avqust. REPORT.AZ/ İyulun 25-də Rusiyanın Nijni Novqorod şəhərində atanın 6 uşağını və keçmiş arvadını öldürdüyü dəhşətli cinayətlə bağlı yeni təfərrüatlar məlum olub. "Report"un xəbərinə görə, qətlin baş verdiyi vaxt kişinin keçmiş arvadı - Culiya Belov "Ərim hamımızı öldürür" qışqıraraq qonşulardan kömək istəyib.

Hüquq-mühafizə orqanlarının araşdırması nəticəsində Oleq Belovun mütəmadi olaraq həyat yoldaşı və uşaqlarına zor tətbiq etdiyi məlum olub. Bu səbəbdən də qadının qışqırığına baxmayaraq, heç bir qonşu onlara kömək etməyib. Polisə ifadə verən qonşular bildiriblər ki, onlar həmin ailədə daxili zorakılığa adət ediblər. Ona görə də bu hadisənin əvvəlkilərdən fərqlənmədiyini düşünərək polisə xəbər verməyiblər.

Şizofreniya xəstəsi və dini təriqətlərdən birinin üzv olduğu iddia edilən Oleq Belov uşaqlarını hadisə baş verməmişdən bir gün əvvəl uşaq bağçasından istirahətə gedəcəkləri adı ilə götürüb. Səhərisi gün isə dəhşətli qətli törədib və cəsədlərin qalıqlarını torbalara yığaraq basdırmaq istəyib. 

Bundan başqa, hadisənin baş verdiyi evin yaxınlığında üzərində çoxlu bıçaq zərbələri ilə öldürülmüş yaşlı qadın meyiti də tapılıb. Ölən şəxsin Belovun anası olduğu və onun da Oleq tərəfindən öldürüldüyü müəyyənləşdirilib.

Belovun cinayəti bununla da kifayətlənməyib. Məlum olub ki, o, 2014-cü ildə 19 yaşında qızı zorlayıb, daha sonra öldürüb.

O.Borisov və arvadı 2011-ci ildə ailədaxili münaqişə səbəbi ilə boşanıblar. Məhkəmə uşaqları ananın himayəsinə vermək istəsə də, o, uşaqlara tək baxa bilməyəcəyini əsas gətirərək bu təklifi rədd edib. Bundan sonra qadın keçmiş əri ilə yaşamağa davam edib. 

Son xəbərlər

Orphus sistemi