Yuxarı

Qüdsdə Donald Tramp meydanı olacaq

Qüdsdə Donald Tramp meydanı olacaq

Bakı. 8 may. REPORT.AZ/ ABŞ-ın Qüdsdə açılacaq səfirliyinin yanında olan meydana ABŞ-ın 45-ci prezidenti Donald Trampın adı veriləcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Qüdsün meri Nir Barkat bildirib.

"Qüds bu şəkildə İsrail dövlətini dəstəkləyən ABŞ prezidenti və xalqına təşəkkür edəcək", - N.Barkat deyib. O, D.Trampın tarixi həqiqətin yanında olduğunu söyləyib.

Xatırladaq ki, ötən ilin dekabrında ABŞ prezidenti Qüdsü İsrailin paytaxtı kimi tanımağın vaxtının yetişdiyini söyləyib və ABŞ səfirliyinin Təl-Əvivdən bu şəhərə köçürülməsi üzrə hazırlıqlara başlanılmasına dair sərəncam verib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi