Qüdsdə Donald Tramp meydanı olacaq

Qüdsdə Donald Tramp meydanı olacaq Bakı. 8 may. REPORT.AZ/ ABŞ-ın Qüdsdə açılacaq səfirliyinin yanında olan meydana ABŞ-ın 45-ci prezidenti Donald Trampın adı veriləcək.
Digər ölkələr
8 May , 2018 13:03
Qüdsdə Donald Tramp meydanı olacaq
0 : 00
0 : 00

Bakı. 8 may. REPORT.AZ/ ABŞ-ın Qüdsdə açılacaq səfirliyinin yanında olan meydana ABŞ-ın 45-ci prezidenti Donald Trampın adı veriləcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Qüdsün meri Nir Barkat bildirib.

"Qüds bu şəkildə İsrail dövlətini dəstəkləyən ABŞ prezidenti və xalqına təşəkkür edəcək", - N.Barkat deyib. O, D.Trampın tarixi həqiqətin yanında olduğunu söyləyib.

Xatırladaq ki, ötən ilin dekabrında ABŞ prezidenti Qüdsü İsrailin paytaxtı kimi tanımağın vaxtının yetişdiyini söyləyib və ABŞ səfirliyinin Təl-Əvivdən bu şəhərə köçürülməsi üzrə hazırlıqlara başlanılmasına dair sərəncam verib.

Son xəbərlər

Orphus sistemi