Yuxarı

Qazaxıstanda poliqonda baş verən partlayışda on hərbçi xəsarət alıb

Qazaxıstanda poliqonda baş verən partlayışda on hərbçi xəsarət alıb

Bakı. 15 avqust. REPORT.AZ/ Qazaxıstanın Almatı vilayətində yerləşən "Qazaxıstan" təlim poliqonunda partlayış baş verib, nəticədə 10 hərbçi xəsarət alıb.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, Qazaxıstan Müdafiə Nazirliyindən hadisənin dünən hədəf sahəsinin hazırlanması zamanı baş verdiyini bildiriblər.

Hələ müəyyən edilməyən əşyanın partlaması nəticəsində 10 hərbçi yaralanıb, həkimlər dərhal sahə şəraitində onlara ilk tibbi yardımı göstəriblər.

Hazırda hərbçilərin vəziyyəti sabitdir. Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi