Qazaxıstanda poliqonda baş verən partlayışda on hərbçi xəsarət alıb

Qazaxıstanda poliqonda baş verən partlayışda on hərbçi xəsarət alıb Bakı. 15 avqust. REPORT.AZ/ Qazaxıstanın Almatı vilayətində yerləşən Qazaxıstan təlim poliqonunda partlayış baş verib, nəticədə 10 hərbçi xəsarət alıb.
Digər ölkələr
15 Avqust , 2018 10:54
Qazaxıstanda poliqonda baş verən partlayışda on hərbçi xəsarət alıb

Bakı. 15 avqust. REPORT.AZ/ Qazaxıstanın Almatı vilayətində yerləşən "Qazaxıstan" təlim poliqonunda partlayış baş verib, nəticədə 10 hərbçi xəsarət alıb.

"Report" "İnterfaks"a istinadən xəbər verir ki, Qazaxıstan Müdafiə Nazirliyindən hadisənin dünən hədəf sahəsinin hazırlanması zamanı baş verdiyini bildiriblər.

Hələ müəyyən edilməyən əşyanın partlaması nəticəsində 10 hərbçi yaralanıb, həkimlər dərhal sahə şəraitində onlara ilk tibbi yardımı göstəriblər.

Hazırda hərbçilərin vəziyyəti sabitdir. Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi