Qanada ağac məktəblilərin üzərinə aşıb, 19 nəfər ölüb

Qanada ağac məktəblilərin üzərinə aşıb, 19 nəfər ölüb Hadisə onlar şəlalədə çimən zaman baş verib
Digər ölkələr
20 Mart , 2017 08:14
Qanada ağac məktəblilərin üzərinə aşıb, 19 nəfər ölüb

Bakı. 20 mart. REPORT.AZ/ Qanada məşhur Kintampo şəlaləsində çimən turist və məktəblilərin üzərinə ağac aşıb.

"Report" "StarFM"ə istinadən xəbər verir ki, nəticədə 19 nəfər həyatını itirib.

Hadisə və ölənlər barədə məlumatı Kintampo şəhərinin polis komandiri Desmond Ovusu Boamponq da təsdiq edib.

Şahidlər insanların qasırğa zamanı şəlalədə çimdiyini bildirirlər. Hadisə yerinə xilasedicilər gəlib. Zərərçəkənlər xəstəxanalara yerləşdiriliblər. Onların əksəriyyətinin yuxarı sinif şagirdləri olduğu bildirilir.

Son xəbərlər

Orphus sistemi