Bakı. 20 mart. REPORT.AZ/ Qanada məşhur Kintampo şəlaləsində çimən turist və məktəblilərin üzərinə ağac aşıb.
"Report" "StarFM"ə istinadən xəbər verir ki, nəticədə 19 nəfər həyatını itirib.
Hadisə və ölənlər barədə məlumatı Kintampo şəhərinin polis komandiri Desmond Ovusu Boamponq da təsdiq edib.
Şahidlər insanların qasırğa zamanı şəlalədə çimdiyini bildirirlər. Hadisə yerinə xilasedicilər gəlib. Zərərçəkənlər xəstəxanalara yerləşdiriliblər. Onların əksəriyyətinin yuxarı sinif şagirdləri olduğu bildirilir.