Polşa Aİ sammitinin yekun sənədini imzalamaqdan imtina edib

Polşa Aİ sammitinin yekun sənədini imzalamaqdan imtina edib Buna Donald Tuskun yenidən Avropa İttifaqı Şurasının prezidenti seçilməsi səbəb olub
Digər ölkələr
10 Mart , 2017 12:11
Polşa Aİ sammitinin yekun sənədini imzalamaqdan imtina edib

Bakı. 10 mart. REPORT.AZ/ Polşa Donald Tuskun yenidən Avropa İttifaqı Şurasının prezidenti seçilməsi səbəbilə Avropa İttifaqının (Aİ) sammitinin yekun bəyannaməsini imzalamaqdan imtina edib.

"Report" "TVN24" telekanalına istinadən xəbər verir ki, bu barədə ölkənin baş naziri Beata Şidlo bildirib.

"Sammitin yekun sənədini imzalaya bilməyəcəyimi bəyan etdim. Təəssüf ki, "Vışeqrad qrupu"ndan olan həmkarlarım mənə qoşulmaqdan imtina etdi və Tuskun lehinə səs verdi", - deyə B.Şidlo vurğulayıb.

Onun sözlərinə görə, Aİ-nin islahatlara ehtiyacı var. "Qarşılıqlı hörməti bərpa etməsək, növbəti illərdə Avropa İttifaqını böhran gözləyir", - B.Şidlo əlavə edib.

Qeyd edək ki, Polşada hakim partiya olan "Hüquq və Ədalət" partiyasının lideri Yaroslav Kaçinski 2010-cu ildə Rusiyanın Smolensk regionu yaxınlığında təyyarə qəzasında dünyasını dəyişən əkiz qardaşı, ölkənin sabiq prezident Lex Kaçinskinin ölümünə görə D.Tuskun mənəvi məsuliyyət daşıdığını hesab edir.

Xatırladaq ki, martın 9-da Aİ üzvü olan ölkələrin liderlərinin sammitində D.Tusk 2,5 illik müddətə yenidən Avropa İttifaqı Şurasının sədri seçilib. Onun namizədliyini yalnız Polşa dəstəkləməyib. Onlar bu posta avrodeputat Uatsek Sariuş-Volskinin namizədliyini irəli sürüblər.

Son xəbərlər

Orphus sistemi