Yuxarı

Petro Poroşenko Vladimir Zelenskilə debatlarda iştirak etməyə hazırdır

Petro Poroşenko Vladimir Zelenskini ilə debatlarda iştirak etməyə hazı

Ukraynada keçirilən prezident seçkilərinin ikinci turunda iştirak edəcək Ukrayanın hazırki prezidenti Petro Poroşenko onunla birgə ikinci turda iştirak edəcək rəqibi Vladimir Zelenskilə debatlarda iştirak etməyə hazırdır.

"Report" xəbər verir ki, bunu Petro Poroşenko blokunun Radada fraksiya rəhbəri Artur Qerasimov deyib. Onun sözlərinə görə, Petro Poroşenko professional şəkildə ölkədə görülən işlər və gələcək perspektivlər eyni zamanda növbəti 5 ilin strategiyasını Vladimir Zelenskilə müzakirə etməyə hazırdır.

Qeyd edək ki, Ukraynada prezident seçkiləri ilə bağlı ikinci turun keçiriləcəyi elan olunub. Qanunvericiliyə əsasən seçkilərin ikinci mərhələsi aprelin 21-də keçiriləcək.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi