Yuxarı

Pakistanda naməlum şəxs mitinqə toplaşanları atəşə tutub, sonra da özünü vurub

Pakistanda naməlum şəxs mitinqə toplaşanları atəşə tutub, sonra da özünü vurub

Bakı. 24 iyul. REPORT.AZ/ Pakistanın Pəncab əyalətinin Çakval bölgəsində naməlum şəxs siyasi mitinq iştirakçılarına atəş açıb.

"Report" TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində azı 6 nəfər ölüb, 10 nəfər yaralanıb.

Hadisə dünən gecə saatlarında baş verib. Yerli partiyalardan birinin təşkil etdiyi mitinqə gələn şəxs kütləyə avtomatik silahdan atəş açdıqdan sonra özünü də vurub.

Polis hadisə ilə bağlı araşdırma aparır.

İlkin versiyaya görə, nümayişçilərə hücum edən şəxs ruhi xəstə olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi