Pakistanda naməlum şəxs mitinqə toplaşanları atəşə tutub, sonra da özünü vurub

Pakistanda naməlum şəxs mitinqə toplaşanları atəşə tutub, sonra da özünü vurub Bakı. 24 iyul. REPORT.AZ/ Pakistanın Pəncab əyalətinin Çakval bölgəsində naməlum şəxs siyasi mitinq iştirakçılarına atəş açıb.
Digər ölkələr
24 İyul , 2018 11:45
Pakistanda naməlum şəxs mitinqə toplaşanları atəşə tutub, sonra da özünü vurub
0 : 00
0 : 00

Bakı. 24 iyul. REPORT.AZ/ Pakistanın Pəncab əyalətinin Çakval bölgəsində naməlum şəxs siyasi mitinq iştirakçılarına atəş açıb.

"Report" TASS-a istinadən xəbər verir ki, hadisə nəticəsində azı 6 nəfər ölüb, 10 nəfər yaralanıb.

Hadisə dünən gecə saatlarında baş verib. Yerli partiyalardan birinin təşkil etdiyi mitinqə gələn şəxs kütləyə avtomatik silahdan atəş açdıqdan sonra özünü də vurub.

Polis hadisə ilə bağlı araşdırma aparır.

İlkin versiyaya görə, nümayişçilərə hücum edən şəxs ruhi xəstə olub.

Son xəbərlər

Orphus sistemi