Yuxarı

Pakistanda bankda partlayış olub, xəsarət alanlar var

Pakistanda bankda partlayış olub, xəsarət alanlar var

Pakistanın Pəncab əyalətindəki Sadiqabad şəhərində bir özəl bankın şöbəsində güclü partlayış baş verib.

“Report” GeoTV-yə istinadən xəbər verir ki, hadisə nəticəsində azı 20 nəfər xəsarət alıb, bankın binası isə yararsız vəziyyətə düşüb.

Hadisə yerinə gələn təhlükəsizlik qüvvələri xilasetmə və axtarış tədbirləri görüb, xəsarət alanlar xəstəxanaya çatdırılıblar.

İlkin ehtimala görə, hadisə qaz balonunun partlaması səbəbindən olub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi