Yuxarı

Pakistanda avtobus uçuruma düşüb: 10 ölü, 10 yaralı

Pakistanda avtobus uçuruma düşüb: 10 ölü, 10 yaralı
Yaralıların hamısı xəstəxanaya çatdırılıb

Bakı. 9 noyabr. REPORT.AZ/ Pakistanın qərbindəki Bəlucistan vilayətində avtobus uçuruma düşüb.

"Report"un məlumatına görə, bu barədə "Dawn" nəşri xəbər yayıb.

Məlumata görə, hadisə zamanı azı 10 nəfər həlak olub. "Qadınlar, uşaqlar da daxil olmaqla, azı 10 nəfər ölüb. Lakin qadın və uşaqların dəqiq sayını söyləmək mümkün deyil" – deyə polis nümayəndəsi bildirib.

Məlumata görə, qəza zamanı daha 10 nəfər xəsarət alıb. Onların da arasında qadınlar və uşaqlar var.

Yaralıların hamısı xəstəxanaya çatdırılıb. Hadisənin başvermə səbəbləri araşdırılır. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Bu xəbər həm də başqa dillərdə mövcuddur:

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi