Pakistan ordusu "Taliban"a qarşı daha bir əməliyyat keçirib

Pakistan ordusu "Taliban"a qarşı daha bir əməliyyat keçirib Əməliyyat nəticəsində 59 yaraqlı öldürülüb
Digər ölkələr
19 Dekabr , 2014 12:12
Pakistan ordusu Talibana qarşı daha bir əməliyyat keçirib

Bakı. 19 dekabr. REPORT.AZ/ Pakistan ordusu Əfqanıstanla sərhəddə, Xeybər əyalətinin Tirah vadisində "Taliban" yaraqlılarına qarşı əməliyyat keçiriblər.

"Report" "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, ordunun sözçüsü hərbi əməliyyat nəticəsində 59 yaraqlının öldürüldüyünü, 3 əsgərin yaralandığını bildirib.

Məlumatda o da qeyd olunub ki, ölkənin baş naziri Nəvaz Şərif Peşəvərdəki hərbi məktəbə basqınla bağlı ordu rəhbərləri ilə görüş keçirib.

Son xəbərlər

Orphus sistemi