Bakı. 19 dekabr. REPORT.AZ/ Pakistan ordusu Əfqanıstanla sərhəddə, Xeybər əyalətinin Tirah vadisində "Taliban" yaraqlılarına qarşı əməliyyat keçiriblər.
"Report" "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, ordunun sözçüsü hərbi əməliyyat nəticəsində 59 yaraqlının öldürüldüyünü, 3 əsgərin yaralandığını bildirib.
Məlumatda o da qeyd olunub ki, ölkənin baş naziri Nəvaz Şərif Peşəvərdəki hərbi məktəbə basqınla bağlı ordu rəhbərləri ilə görüş keçirib.