Yuxarı

Nyu-Yorkun qubernatoru Donald Trampa miqrantların deportasiyasına ondan başlamağı təklif edib

Nyu-Yorkun qubernatoru Donald Trampa miqrantların deportasiyasına ondan başlamağı təklif edib
Endryu Kuomo: Nyu-York ştatının yaradıldığı ərazilərdəki tayfalara aid olmayanların hamısını immiqrant adlandırmaq olar

Bakı. 8 iyun. REPORT.AZ/ "Ağ Ev immiqrantları deportasiya etmək istəyirsə, qoy məndən başlasınlar".

"Report" "Fox News"a istinadən xəbər verir ki, bunu Nyu-York ştatının qubernatoru, demokrat Endryu Kuomo Nyu-York şəhərində toplaşanlar qarşısında çıxış edərkən deyib.

Babası Andreanın İtaliyadan köç etdiyi Kuomo bildirib ki, Nyu-York ştatının yaradıldığı ərazilərdəki tayfalara - onondaqlara, mohauklara və başqalarına aid olmayanların hamısını immiqrant adlandırmaq olar.

Xatırladaq ki, D.Tramp prezident kimi and içəndən az sonra immiqrasiya qanunlarının sərtləşdirilməsinin təşəbbüskarı olub. Eyni zamanda, o, bir neçə dəfə əhalisinin əsas hissəsi müsəlman olan ölkələrin vətəndaşlarının ABŞ-a girişini yasaqlayan fərman verib, lakin məhkəmə orqanları bu qərarları bloklayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi