Nyu-Yorkun qubernatoru Donald Trampa miqrantların deportasiyasına ondan başlamağı təklif edib

Nyu-Yorkun qubernatoru Donald Trampa miqrantların deportasiyasına ondan başlamağı təklif edib Endryu Kuomo: "Nyu-York ştatının yaradıldığı ərazilərdəki tayfalara aid olmayanların hamısını immiqrant adlandırmaq olar"
Digər ölkələr
8 İyun , 2017 11:16
Nyu-Yorkun qubernatoru Donald Trampa miqrantların deportasiyasına ondan başlamağı təklif edib

Bakı. 8 iyun. REPORT.AZ/ "Ağ Ev immiqrantları deportasiya etmək istəyirsə, qoy məndən başlasınlar".

"Report" "Fox News"a istinadən xəbər verir ki, bunu Nyu-York ştatının qubernatoru, demokrat Endryu Kuomo Nyu-York şəhərində toplaşanlar qarşısında çıxış edərkən deyib.

Babası Andreanın İtaliyadan köç etdiyi Kuomo bildirib ki, Nyu-York ştatının yaradıldığı ərazilərdəki tayfalara - onondaqlara, mohauklara və başqalarına aid olmayanların hamısını immiqrant adlandırmaq olar.

Xatırladaq ki, D.Tramp prezident kimi and içəndən az sonra immiqrasiya qanunlarının sərtləşdirilməsinin təşəbbüskarı olub. Eyni zamanda, o, bir neçə dəfə əhalisinin əsas hissəsi müsəlman olan ölkələrin vətəndaşlarının ABŞ-a girişini yasaqlayan fərman verib, lakin məhkəmə orqanları bu qərarları bloklayıb.

Son xəbərlər

Orphus sistemi