Yuxarı

Nyu-Yorkda silahlı şəxs Trampın otelinə daxil olub

Nyu-Yorkda silahlı şəxs Trampın otelinə daxil olub
O, ABŞ prezidentinin müşavirinə xəsarət yetirmək istəyib

Bakı. 1 may. REPORT.AZ/ Manhettendə metal boru ilə silahlanmış şəxs ABŞ prezidenti Donald Trampa məxsus otelə daxil olub.

“Report” "Daily Mail US" nəşrinə istinadən xəbər verir ki, Metyu Pillinq adlı şəxsin Amerika prezidentinin 45 yaşlı kürəkəni və müşaviri Cared Kuşnerə xəsarət yetirmək niyyətində olduğu ehtimal edilir.

Kişi saxlanılıb, onun hərəkəti nəticəsində xəsarət alan olmayıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi