Yuxarı

Nikolas Maduro Xuan Quaydonun narkokartellə əlaqəsindən danışıb

​Nikolas Maduro Xuan Quaydonun narkokartellə əlaqəsindən danışıb

Venesuela prezidenti Nikolas Maduro ölkənin Milli Assambleyasının rəhbəri Xuan Quaydonun Kolumbiyadan olan silahlı narkotik alverçiləri ilə əlaqəsindən danışıb.

"Report" xəbər verir ki, prezidentin fikirləri "Twitter"də yayılıb.

Dövlət başçısının sözlərinə görə, hərbiləşmiş "Los Rastrojos" narkotik alverçiləri ilə "kriminal ittifaq" Kolumbiyanın siyasi dairələrində qalmaqallar yaradıblar.

Maduro siyasi aktivist hərəkatlarının rəhbərləri ilə görüşündə qeyd edib ki, Kolumbiyada bu dəstə üzvlərinin insanları hər gün öldürdüyünü bilirlər.

Venesuelanın Baş Prokurorluğu daha əvvəl bununla bağlı araşdırmanın başlandığını bildirib. Prokuror İspaniyanın "El Pais" qəzetində dərc edilmiş fotoya istinad edib. Fotoda Quaydo "Los Rastrojos"un liderləri ilə birlikdə yer alıb.

Quaydo özü jurnalistlərə bildirib ki, foto Kukuta sərhəd şəhərində xeyriyyə konsertində çəkilib. O, qeyd edib ki, həmin mərasimdə yüzlərlə foto çəkilib. "Bilmək çətin idi, kim məndən foto çəkdirmək haqqında xahiş edir", - deyə Quaydo bildirib.

"Quaydo bir yox, dörd ən təhlükəli cinayətkarla foto çəkdirib", - deyə Venesuela prezidenti vurğulayıb. Dövlət başçısı əlavə edib ki, narkotortelin üzvləri konsert vasitəsilə Quaydoya Venesuelanın və Kolumbiyanın sərhədi vasitəsilə yerini dəyişməyə kömək ediblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi