Suriyada terrorçu İŞİD və PKK qruplaşmaları arasında atışma olub

Suriyada terrorçu İŞİD və PKK qruplaşmaları arasında atışma olub Bakı. 26 dekabr. REPORT.AZ/ Suriyanın şərqində yerləşən Deyr əz-Zor bölgəsində terrorçu İŞİD-lə PKK/YPG-PYD qruplaşması arasında atışma gedir.
Digər ölkələr
26 Dekabr , 2018 15:22
Suriyada terrorçu İŞİD və PKK qruplaşmaları arasında atışma olub
0 : 00
0 : 00

Bakı. 26 dekabr. REPORT.AZ/ Suriyanın şərqində yerləşən Deyr əz-Zor bölgəsində terrorçu İŞİD-lə PKK/YPG-PYD qruplaşması arasında atışma gedir.

“Report” xəbər verir ki, məlumatı “Anadolu” agentliyi yayıb.

Bildirilib ki, İŞİD son qalası sayılan Heccin rayonunu ələ keçirdikdən sonra Buhatir bələdiyyəsinin mərkəzini də işğal edib. Bu terrorçu qruplaşma bölgənin Şiifte, Bağöz, Süse və Buhasan rayonlarını da ələ keçirib.

Qeyd edək ki, PKK/YPG-PYD qruplaşmasının Suriyanın üçdə birini işğal etdiyi bildirilib. Deyr əz-Zorun qərb hissəsində isə Bəşşar Əsəd rejimi də mövcuddur.

Xatırladaq ki, Deyr əz-Zor neft yataqları ilə zəngin bölgədir. İŞİD-dən təmizləndikdən sonra ABŞ və terrorçu PKK/YPG-PYD bu şəhərə nəzarəti ələ keçirmişdi.

Son xəbərlər

Orphus sistemi