NATO-nun növbəti sammitinin gündəliyi açıqlanıb

NATO-nun növbəti sammitinin gündəliyi açıqlanıb Alyans ölkələri müdafiə xərclərini artıracaq
Digər ölkələr
31 Mart , 2017 13:38
NATO-nun növbəti sammitinin gündəliyi açıqlanıb

Bakı. 31 mart. REPORT.AZ/ "NATO-nun mayın 25-də Brüsseldə keçiriləcək sammitində müdafiə xərclərinin artırılması üzrə milli planların yaradılması haqqında qərar qəbul ediləcək".

"Report" xəbər verir ki, bunu NATO-nun baş katibi Yens Stoltenberq deyib.

"Milli planlar ideyasının müzakirəsinə başlamışıq və may ayında dövlət və hökumət başçılarının iclasında qərar qəbul etməyi planlaşdırırıq. NATO ölkələrinin hər biri üçün milli planları hərbi xərclərin ÜDM-in 2%-nə qədər artırılması üzrə öhdəliklərini yerinə yetirmək baxımından hazırlayacağıq", - Y.Stoltenberg bildirib.

Baş katib sammitdə, həmçinin Alyansın antiterror imkanlarının müzakirə ediləcəyini vurğulayıb.

Son xəbərlər

Orphus sistemi