NATO-nun baş katibi Polşada yol qəzasına düşüb

NATO-nun baş katibi Polşada yol qəzasına düşüb Qəza nəticəsində 4 nəfər xəsarət alıb
Digər ölkələr
24 Avqust , 2017 23:46
NATO-nun baş katibi Polşada yol qəzasına düşüb

Bakı. 24 avqust. REPORT.AZ/ NATO-nun baş katibi Yens Stoltenberq Varşavada avtomobil qəzasına düşüb.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə cümə axşamı Polşa polisi məlumat yayıb.

Yol qəzasında Hökumətin Mühafizə Bürosunun (HMB) maşın karvanı iştirak edib. Qeyri-rəsmi məlumatlara görə, Stoltenberq onlardan birində olub.

Qəza zamanı ikisi polis əməkdaşı olmaqla 4 nəfərin xəsarət aldığı məlumdur.

Son xəbərlər

Orphus sistemi