Moldova hökumətinin binasında axtarış aparılır

Moldova hökumətinin binasında axtarış aparılır Axtarışın keçirilməsinin əsas səbəbi korrupsiya işi ilə əlaqədardır
Digər ölkələr
11 Aprel , 2017 11:12
Moldova hökumətinin binasında axtarış aparılır

Bakı. 11 aprel. REPORT.AZ/ Moldovada korrupsiyaya qarşı mübarizə mərkəzinin əməkdaşları və Antikorrupsiya Prokurorluğunun zabitləri hökumət binasında və digər dövlət müəssisələrində axtarış həyata keçirir.

"Report" "Sputnik Moldova"ya istinadən xəbər verir ki, bu barədə məlumatı Milli Antikorrupsiya Mərkəzinin mətbuat katibi Anjela Starinski təsdiq edib.

Onun sözlərinə görə, axtarışın keçirilməsinin əsas səbəbi korrupsiya işi ilə əlaqədardır.

"Hələlik hər şeyi tam detallı açıqlaya bilmirik. Yalnız onu deyə bilərəm ki, bu korrupsiya işində məmurlar və bəzi iqtisadi agentlərin əli var", - A.Starinski bildirib.

Qeyd olunur ki, axtarış aparılan qurumlar arasında səmərəli enerji fondu da var.

Son xəbərlər

Orphus sistemi