Yuxarı
    Bağlamaq

    Moldova hökumətinin binasında axtarış aparılır

    Axtarışın keçirilməsinin əsas səbəbi korrupsiya işi ilə əlaqədardır

    Bakı. 11 aprel. REPORT.AZ/ Moldovada korrupsiyaya qarşı mübarizə mərkəzinin əməkdaşları və Antikorrupsiya Prokurorluğunun zabitləri hökumət binasında və digər dövlət müəssisələrində axtarış həyata keçirir.

    "Report" "Sputnik Moldova"ya istinadən xəbər verir ki, bu barədə məlumatı Milli Antikorrupsiya Mərkəzinin mətbuat katibi Anjela Starinski təsdiq edib.

    Onun sözlərinə görə, axtarışın keçirilməsinin əsas səbəbi korrupsiya işi ilə əlaqədardır.

    "Hələlik hər şeyi tam detallı açıqlaya bilmirik. Yalnız onu deyə bilərəm ki, bu korrupsiya işində məmurlar və bəzi iqtisadi agentlərin əli var", - A.Starinski bildirib.

    Qeyd olunur ki, axtarış aparılan qurumlar arasında səmərəli enerji fondu da var.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi