Yuxarı

Mərakeşin Tubkal dağında iki avropalı turist qətlə yetirilib

Bakı. 18 dekabr. REPORT.AZ/ Mərakeşin ən yüksək zirvəsi olan Tubkal dağının ətrafında iki avropalı turist qətlə yetirilib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə EFE nəşri məlumat yayıb.

Bildirilir ki, NorveçDanimarkadan olan turistlərin meyitləri bazar ertəsi səhər fransalı turistlər tərəfindən aşkar edilib. Hər iki alpinistin boyun nahiyəsində bıçaq yaraları olub.

Atlas dağlarının Tubkal zirvəsi Afrikanın şimal-qərbində, dəniz səviyyəsindən 4165 metr yüksəklikdə yerləşir.

Daha əvvəl dünyanın ən çox turist cəlb edən məkanları açıqlanıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi