Mərakeşin Tubkal dağında iki avropalı turist qətlə yetirilib

Mərakeşin Tubkal dağında iki avropalı turist qətlə yetirilib Bakı. 18 dekabr. REPORT.AZ/ Mərakeşin ən yüksək zirvəsi olan Tubkal dağının ətrafında iki avropalı turist qətlə yetirilib.
Digər ölkələr
18 Dekabr , 2018 06:50
Mərakeşin Tubkal dağında iki avropalı turist qətlə yetirilib

Bakı. 18 dekabr. REPORT.AZ/ Mərakeşin ən yüksək zirvəsi olan Tubkal dağının ətrafında iki avropalı turist qətlə yetirilib.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə EFE nəşri məlumat yayıb.

Bildirilir ki, NorveçDanimarkadan olan turistlərin meyitləri bazar ertəsi səhər fransalı turistlər tərəfindən aşkar edilib. Hər iki alpinistin boyun nahiyəsində bıçaq yaraları olub.

Atlas dağlarının Tubkal zirvəsi Afrikanın şimal-qərbində, dəniz səviyyəsindən 4165 metr yüksəklikdə yerləşir.

Daha əvvəl dünyanın ən çox turist cəlb edən məkanları açıqlanıb.

Son xəbərlər

Orphus sistemi