Yuxarı

Mərakeş sahillərində qayıq batıb, 22 nəfər ölüb

Mərakeş sahillərində qayıq batıb, 22 mühacir ölüb

Alboran dənizinin Mərakeş sahillərində qayığın batması nəticəsində 22 nəfər ölüb.

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, qayıqdakı mühacirlər Mərakeşdən İspaniyaya gedirmişlər. 

Mərakeşin Alhucemas şəhəri sahillərindən yola düşən qayığın göyərtəsində 49 mühacir olub. Onların 27-si Nador-Motril istiqamətində səfər edən kater tərəfindən sağ xilas edilib. 

Həmin mühacirlərdən 6-nın səhhəti pisləşdiyi üçün Almera şəhərindəki xəstəxanaya aparılıb, qalanları isə katerlə Motril limanına çatdırılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi