Mərakeş sahillərində qayıq batıb, 22 nəfər ölüb

Mərakeş sahillərində qayıq batıb, 22 nəfər ölüb Alboran dənizinin Mərakeş sahillərində qayığın batması nəticəsində 22 nəfər ölüb.
Digər ölkələr
20 İyun , 2019 11:52
Mərakeş sahillərində qayıq batıb, 22 nəfər ölüb

Alboran dənizinin Mərakeş sahillərində qayığın batması nəticəsində 22 nəfər ölüb.

“Report” “Hurriyet”ə istinadən xəbər verir ki, qayıqdakı mühacirlər Mərakeşdən İspaniyaya gedirmişlər. 

Mərakeşin Alhucemas şəhəri sahillərindən yola düşən qayığın göyərtəsində 49 mühacir olub. Onların 27-si Nador-Motril istiqamətində səfər edən kater tərəfindən sağ xilas edilib. 

Həmin mühacirlərdən 6-nın səhhəti pisləşdiyi üçün Almera şəhərindəki xəstəxanaya aparılıb, qalanları isə katerlə Motril limanına çatdırılıb.

Son xəbərlər

Orphus sistemi