Melburn şəhərinin bir hissəsi terror təhlükəsi səbəbindən mühasirəyə alınıb

Melburn şəhərinin bir hissəsi terror təhlükəsi səbəbindən mühasirəyə alınıb Hadisə yerində istehkamçılar və bomba zərərsizləşdirilməsi üzrə robot işləyir
Digər ölkələr
21 Avqust , 2017 09:52
Melburn şəhərinin bir hissəsi terror təhlükəsi səbəbindən mühasirəyə alınıb
AP

Bakı. 21 avqust. REPORT.AZ/ Avstraliyanın Melburn şəhərinin şimal-qərbindəki bölgə terror təhlükəsi səbəbindən mühasirəyə alınıb.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə yerində istehkamçılar və bomba zərərsizləşdirilməsi üzrə robot işləyir.

Hazırda istehkamçılar qrupu robot vasitəsilə küçədə dayanmış avtobusu araşdırır. Hadisə yerinə həmçinin yanğınsöndürmə briqadası da cəlb olunub.

Mümkün bombanın zərərsizləşdirilməsi işləri yerli hakimiyyət orqanlarının - Muni-Velli şəhər Şurasının, kitabxana və polis şöbəsinin yaxınlığında baş verir.

Şuranın binasına giriş bağlanıb, lakin əməkdaşlar təxliyyə edilməyiblər.

Son xəbərlər

Orphus sistemi