Yuxarı

Paskal Hacıbəyli Büşe: "Heydər Əliyevi görəndə haqqında deyilənlərin həqiqət olduğunu dərhal anladım"

Məktubu sanki bir prezident deyil, adi həmvətənim yazmışdı"

"Hər bir azərbaycanlının harada olmasından asılı olmayaq Azərbaycanın zəngin mədəniyyətini tanıtması, bu mədəniyyətə şahidlik etməsi Heydər Əliyevin ən böyük arzularından idi".

"Report"un Fransa bürosu xəbər verir ki, bu sözləri Ceyhun Hacıbəylinin gəlini Paskal Hacıbəyli Büşe Parisdə ümummilli lider Heydər Əliyevin anım mərasimində ulu öndərlə bağlı xatirələrini bölüşərkən bildirib.

Paskal Hacıbəyli həyat yoldaşı Timuçin Hacıbəylinin vəfatı zamanı ümummilli liderin ona məktub ünvanladığını bildirib: "Bu məktubda o öz dərin təəssüfünü və kədərini bildirirdi. Məktub sadə olduğu qədər də təsirli və səmimi idi. Məktubu sanki bir prezident deyil, adi həmvətənim yazmışdı".

Paskal Hacıbəyli ümummilli liderin prezident Jak Şirakın dəvətilə 1997-ci ildə Fransaya səfərinə də toxunub: "Bu zaman ilk dəfə idi ki, onu görmək mənə qismət olurdu. Onu görərkən haqqında deyilənlərin həqiqət olduğunu dərhal anladım. Yaradılmış portretindəki kimi idi. Gözəl insan, müdrük dövlət xadimi idi. Bu səfər böyük əhəmiyyət daşıyırdı. Qarşısında çətin və məsuliyyətli vəzifə dayanırdı. İki ölkəni bir-birinə yaxınlaşdırmaq, xarici şirkətləri Azərbaycana gətirmək… Ümumiyyətlə qarşıda çox işlər vardı".

Paskal Hacıbəyli növbəti dəfə ümummilli liderlə Azərbaycanda 2001-ci ildə diasporun forumu zamanı görüşüb: "Azərbaycan diasporunun fəaliyyəti onun üçün çox böyük əhəmiyyət daşıyırdı. Tədbiri keçirməkdə məqsədi bütün diasporu bir araya gətirmək idi.

Azərbaycan çox zəngin mədəniyyətə malik ölkədir. Hər bir azərbaycanlının harda olmasından asılı olmayaq bu zəngin mədəniyyəti özü ilə apararaq tanıtması, bu mədəniyyətə şahidlik etməsi Heydər Əliyevin ən böyük arzularından idi".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi