Meksikadan qanunsuz ABŞ-a keçən iki böyük miqrant qrupu saxlanılıb

Meksikadan qanunsuz ABŞ-a keçən iki böyük miqrant qrupu saxlanılıb Bakı. 6 dekabr. REPORT.AZ/ Mərkəzi Amerikadan olan iki böyük miqrant qrupu Meksika ərazisindən qanunsuz keçdikləri ABŞ-ın Arizona ştatında saxlanılıblar.
Digər ölkələr
6 Dekabr , 2018 07:57
Meksikadan qanunsuz ABŞ-a keçən iki böyük miqrant qrupu saxlanılıb

Bakı. 6 dekabr. REPORT.AZ/ Mərkəzi Amerikadan olan iki böyük miqrant qrupu Meksika ərazisindən qanunsuz keçdikləri ABŞ-ın Arizona ştatında saxlanılıblar.

“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə çərşənbə günü Meksikanın "Noticias MVS" radiostansiyası məlumat yayıb.

Söhbət 4 aylıq körpədən 53 yaşlı şəxsə qədər olan 124 Qvatemala və Honduras vətəndaşlarından gedir. Amerika sərhədçiləri onlardan 7 kişi və bir qadının əvvəl ABŞ-a bir dəfə qanunsuz keçdiklərini və oradan geri deportasiya olunduqlarını müəyyən edib.

Hazırda Meksikanın ABŞ-la sərhəddə yerləşən Tixuana şəhərindəki yeni miqrant düşərgəsində 2,5 min nəfərdən çox adam var.

Bundan əvvəl Meksika-ABŞ sərhədini qanunsuz keçməyə cəhd edən 800 miqrant saxlanılıb.

Son xəbərlər

Orphus sistemi