Yuxarı

​Meksikada sahibsiz krematoridə onlarla meyit aşkar edilib

​Meksikada sahibsiz krematoridə onlarla meyit aşkar edilib
Ölülərin təhqir edilməsi və insanların dəfn olunma qaydalarının pozulması ittihamı üzrə cinayət işi qaldırılıb

Bakı. 7 fevral. REPORT.AZ/ Meksika polisi Akapulko şəhərində yerləşən sahibsiz krematoridə 60 ölmüş şəxsin meyitini aşkar edib.

"Report" BBC-yə istinadən xəbər verir ki, təhqiqatçılar qadın, kişi və uşaq meyitlərinin krematorinin aid olduğu müəssisə dağılan zaman yandırılmaq üçün hazır vəziyyətdə olduğunu bildiriblər.

Hazırda ölülərin təhqir edilməsi və insanların dəfn olunma qaydalarının pozulması ittihamı üzrə cinayət işi qaldırılıb.

Krematori barədə iydən narahat olmağa başlayan ətraf evlərin sakinləri polisə xəbər veriblər.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi