​Meksikada sahibsiz krematoridə onlarla meyit aşkar edilib

​Meksikada sahibsiz krematoridə onlarla meyit aşkar edilib Ölülərin təhqir edilməsi və insanların dəfn olunma qaydalarının pozulması ittihamı üzrə cinayət işi qaldırılıb
Digər ölkələr
7 Fevral , 2015 03:55
​Meksikada sahibsiz krematoridə onlarla meyit aşkar edilib

Bakı. 7 fevral. REPORT.AZ/ Meksika polisi Akapulko şəhərində yerləşən sahibsiz krematoridə 60 ölmüş şəxsin meyitini aşkar edib.

"Report" BBC-yə istinadən xəbər verir ki, təhqiqatçılar qadın, kişi və uşaq meyitlərinin krematorinin aid olduğu müəssisə dağılan zaman yandırılmaq üçün hazır vəziyyətdə olduğunu bildiriblər.

Hazırda ölülərin təhqir edilməsi və insanların dəfn olunma qaydalarının pozulması ittihamı üzrə cinayət işi qaldırılıb.

Krematori barədə iydən narahat olmağa başlayan ətraf evlərin sakinləri polisə xəbər veriblər.

Son xəbərlər

Orphus sistemi