Yuxarı

Məhəmməd Mursinin ölüm səbəbi məlum olub

​Məhəmməd Mursi ürək tutmasından dünyasını dəyişib

Misirin inqilabdan sonra demokratik yolla seçilmiş ilk prezidenti Məhəmməd Mursinin ölüm səbəbi məlum olub.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə tibb dairələrindəki mənbələrə istinadən Misirin dövlət televiziyası məlumat yayıb.

Onların sözlərinə görə, Mursi xoşxassəli şişdən əziyyət çəkib və ona müntəzəm olaraq tibbi yardım göstərilib.

Mursi casusluqda ittiham olunduğu məhkəmə iclası zamanı dünyasını dəyişib. Ona söz verilib, daha sonra isə fasilə elan olunub. Həmin an sabiq prezident huşunu itirib və özünə gəlmədən keçinib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi