Yuxarı

Mayk Pompeo Kim Çen Inla danışıqlarda iştirak etmək üçün Pxenyana gəlib

Mayk Pompeo Kim Çen Inla danışıqlarda iştirak etmək üçün Pxenyana gəlib
© Xinhua / Barcroft Images

Bakı. 6 iyul. REPORT.AZ/ ABŞ dövlət katibi Mayk Pompeo KXDR denuklearizasiyasına dair danışıqlar aparmaq üçün Pxenyana gəlib. 

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Nümayəndə heyətinin tərkibinə ABŞ-ın Filippindəki səfiri Son Kim, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Koreya İşləri üzrə Mərkəzin rəhbəri Endryu Kim, Ağ evin Milli Təhlükəsizlik Şurasının Koreya yarımadası işləri üzrə müşaviri Ellison Huker, ABŞ müdafiə nazirinin Asiya-Sakit Okean regionunda təhlükəsizlik üzrə köməkçisi Rendall Şrayver daxildir.

Səfər zamanı KXDR lideri Kim Çen In və ölkə rəhbərliyinin bir sıra nümayəndələri ilə görüşlər planlaşdırılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi