Mayk Pompeo Kim Çen Inla danışıqlarda iştirak etmək üçün Pxenyana gəlib

Mayk Pompeo Kim Çen Inla danışıqlarda iştirak etmək üçün Pxenyana gəlib Bakı. 6 iyul. REPORT.AZ/ ABŞ dövlət katibi Mayk Pompeo KXDR denuklearizasiyasına dair danışıqlar aparmaq üçün Pxenyana gəlib.
Digər ölkələr
6 İyul , 2018 10:51
Mayk Pompeo Kim Çen Inla danışıqlarda iştirak etmək üçün Pxenyana gəlib
Xinhua / Barcroft Images
0 : 00
0 : 00

Bakı. 6 iyul. REPORT.AZ/ ABŞ dövlət katibi Mayk Pompeo KXDR denuklearizasiyasına dair danışıqlar aparmaq üçün Pxenyana gəlib. 

Bu barədə "Report" TASS-a istinadən xəbər verir.

Nümayəndə heyətinin tərkibinə ABŞ-ın Filippindəki səfiri Son Kim, Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) Koreya İşləri üzrə Mərkəzin rəhbəri Endryu Kim, Ağ evin Milli Təhlükəsizlik Şurasının Koreya yarımadası işləri üzrə müşaviri Ellison Huker, ABŞ müdafiə nazirinin Asiya-Sakit Okean regionunda təhlükəsizlik üzrə köməkçisi Rendall Şrayver daxildir.

Səfər zamanı KXDR lideri Kim Çen In və ölkə rəhbərliyinin bir sıra nümayəndələri ilə görüşlər planlaşdırılır.

Son xəbərlər

Orphus sistemi