Malayziya və İndoneziya 7 min qanunsuz miqrantı qəbul edəcək

Malayziya və İndoneziya 7 min qanunsuz miqrantı qəbul edəcək Uzunmüddətli danışıqlardan sonra Malayziya və İndoneziya miqrantları öz ərazilərində müvəqqəti yerləşdirməyə razılıq verib
Digər ölkələr
20 May , 2015 15:11
Malayziya və İndoneziya 7 min qanunsuz miqrantı qəbul edəcək

Bakı. 20 may. REPORT.AZ/ Uzunmüddətli danışıqlardan sonra Malayziya və İndoneziya  öz ərazilərində Myanma, Banqladeş və Taylanddan olan 7 min qanunsuz miqrantı müvəqqəti yerləşdirməyə razılıq verib.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Malayziyanın xarici işlər naziri Anifah Aman Kuala-Lumpurda  jurnalistlərə bildirib.

"Biz ümid edirik ki, bu il ərzində iki ölkənin hökumətləri həmin şəxslərin yerləşdirilməsi, eləcə də onların gələcəkdə vətənlərinə göndərilməsi ilə bağlı bütün məsələləri həll edəcək", - Malayziya XİN rəhbəri qeyd edib.

Son xəbərlər

Orphus sistemi