Yuxarı
    Bağlamaq

    Malayziya və İndoneziya 7 min qanunsuz miqrantı qəbul edəcək

    Uzunmüddətli danışıqlardan sonra Malayziya və İndoneziya miqrantları öz ərazilərində müvəqqəti yerləşdirməyə razılıq verib

    Bakı. 20 may. REPORT.AZ/ Uzunmüddətli danışıqlardan sonra Malayziya və İndoneziya  öz ərazilərində Myanma, Banqladeş və Taylanddan olan 7 min qanunsuz miqrantı müvəqqəti yerləşdirməyə razılıq verib.

    "Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Malayziyanın xarici işlər naziri Anifah Aman Kuala-Lumpurda  jurnalistlərə bildirib.

    "Biz ümid edirik ki, bu il ərzində iki ölkənin hökumətləri həmin şəxslərin yerləşdirilməsi, eləcə də onların gələcəkdə vətənlərinə göndərilməsi ilə bağlı bütün məsələləri həll edəcək", - Malayziya XİN rəhbəri qeyd edib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi