Yuxarı

Madaqaskarda 61 nəfər tısbağa ətindən zəhərlənib, 4-ü ölüb

​Madaqaskarda 61 nəfər tısbağa ətindən zəhərlənib, 4-ü ölüb

Madaqaskarın qərbində 61 nəfər tısbağa ətindən zəhərlənib, onlardan 4-ü dünyasını dəyişib.

"Report" xəbər verir ki, bu barədə yerli jandarmeriya məlumat yayıb.

Ölənlər arasında iki bir yaşına qədər uşaq və iki yaşlı insan var.

"Qida kimi istifadə olunan dəniz tısbağası nəsli tükənməkdə olan qorunan növdür", - deyə məlumatda bildirilir.

Tısbağa ətini satan balıqçı saxlanılıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi