Kreml rəsmisi: "Vladimir Putin hələlik Barak Obama ilə görüşməyi planlaşdırmır"

Kreml rəsmisi: "Vladimir Putin hələlik Barak Obama ilə görüşməyi planlaşdırmır" Prezidentlər Peruda keçiriləcək APEC sammitində görüşə bilərlər
Digər ölkələr
14 Noyabr , 2016 17:15
Kreml rəsmisi: Vladimir Putin hələlik Barak Obama ilə görüşməyi planlaşdırmır

Bakı. 14 noyabr. REPORT.AZ/ "Rusiya Prezidenti Vladimir Putinin ABŞ dövlət başçısı Barak Obama ilə görüşü hələlik planlaşdırılmır".

"Report" TASS-a istinadən xəbər verir ki, bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov deyib.

D.Peskovun sözlərinə görə, prezidentlər noyabrın 19-20-də Peruda keçiriləcək Asiya-Sakit Okean İqtisadi Əməkdaşlığı (APEC) sammitində görüşə bilərlər.

O bildirib ki, V.Putin və B.Obama bu tədbirdə birlikdə iştirak etsələr, onların bir-biri ilə ünsiyyət quracağını istisna etmək olmaz.

Son xəbərlər

Orphus sistemi