Yuxarı

Keniyada partlayış olub, 12 nəfər ölüb

Keniyada partlayış olub, 12 nəfər ölüb
Partlayış Keniyanın Somali və Efiopiya ilə sərhəddə yerləşən Mandera şəhərində əcnəbilər üçün hoteldə baş verib

Bakı. 25 oktyabr. REPORT.AZ/ Keniyanın Somali və Efiopiya ilə sərhəddə yerləşən Mandera şəhərində əcnəbilər üçün hoteldə baş verən partlayışda ən azı 12 nəfər həlak olub.

"Report" RİA "Novosti"yə istinadən xəbər verir ki, hadisə yerində xilasetmə işləri həyata keçirilir. Artıq dağıntılar altından on nəfər çıxarılıb. Polis hotelin binasına partlayıcı tələ quraşdırılmasından çəkinir.

Hücumun "Əl-Şabab" terror qrupu tərəfindən törədildiyi güman edilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi