Yuxarı

Karles Puçdemon Belçika prokurorluğuna təslim olub

Karles Puçdemon Belçika prokurorluğuna təslim olub

Kataloniya hökumətinin keçmiş başçısı Karles Puçdemon 2017-ci ildən yaşadığı Belçikada ədliyyə rəsmilərinə könüllü təslim olub.

“Report” “Catalan News”a istinadən xəbər verir ki, məhkəməyə gətirilən K.Puçdemon Avropa Parlamentinin üzvü kimi toxunulmazlıq hüququna malik olduğunu xatırladıb. Məhkəmə onun ispaniyaya ekstradisiyasına dair qərar çıxaranədək həbs etməmək qərarına gəlib.

Kataloniyanın sabiq lideri Belçikanı məhkəmənin icazəsilə tərk edə bilər.

Xatırladaq ki, K.Puçdemon 2017-ci ildə Kataloniyanın müstəqilliyi ilə bağlı keçirilən referendumdan sonra İspaniyadan Belçikaya qaçıb. Onun barəsində İspaniya məhkəməsi beynəlxalq axtarış elan edib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi