Karakasda xüsusi əməliyyat zamanı 7 nəfər ölüb

Karakasda xüsusi əməliyyat zamanı 7 nəfər ölüb Bakı. 14 noyabr. REPORT.AZ/ Venesuelanın paytaxtı Karakasda milli polisin xüsusi təyinatlıları tərəfindən aparılan əməliyyat nəticəsində azı 7 nəfər öldürülüb, 60 nəfər saxlanılıb.
Digər ölkələr
14 Noyabr , 2018 05:51
Karakasda xüsusi əməliyyat zamanı 7 nəfər ölüb

Bakı. 14 noyabr. REPORT.AZ/ Venesuelanın paytaxtı Karakasda milli polisin xüsusi təyinatlıları tərəfindən aparılan əməliyyat nəticəsində azı 7 nəfər öldürülüb, 60 nəfər saxlanılıb.

“Report” RİA "Novosti"yə istinadən xəbər verir ki, bunu çərşənbə axşamı ölkənin daxili işlər naziri Nestor Reverol bildirib.

Nazirin sözlərinə görə, əməliyyat quldurların zabitə hücum edərək silahını almaları və onun üz nahiyəsinə atəş açmalarından sonra həyata keçirilib.

"Globovision" kanalının məlumatına görə, ehtimal edilən cinayətkarların gizləndiyi bina polis tərəfindən mühasirəyə alınıb.

"Canilərdən bəziləri xüsusi təyinatlılarla silahlı toqquşmaya girib və 7 nəfər ölüb", - deyə Reverol bildirib.

Bundan əvvəl Venesuelada 51 məhbus həbsxanalardan qaçıb.

Son xəbərlər

Orphus sistemi