Venesuelada 51 məhbus həbsxanalardan qaçıb

Venesuelada 51 məhbus həbsxanalardan qaçıb Bakı. 23 oktyabr. REPORT.AZ/ Ötən həftə Venesuelada 51 məhbus həbsxanalardan qaçıb
Digər ölkələr
23 Oktyabr , 2018 03:53
Venesuelada 51 məhbus həbsxanalardan qaçıb

Bakı. 23 oktyabr. REPORT.AZ/ Ötən həftə Venesuelada 51 məhbus həbsxanalardan qaçıb

Bu barədə "Report" "Nacional"a istinadən xəbər verir.

Bildirilir ki, ən iri sayda qaçış hadisəsi Nueva-Esparta ştatındakı ilkin saxlama mərkəzində olub. Orada 40 məhbus mərkəzdən qaçıb. Onlar qaçmazdan əvvəl iki kamera yoldaşlarını öldürüblər.

Bundan əlavə, 10 məhkum Sulia ştatındakı həbsxanadan qaçıb. Eləcə də daha 1 məhbus Lara ştatında işlə bağlı ifadə verərkən qaçmağa müvəffəq olub. Hazırda bütün məhbuslar axtarılır.

Qeyd edək ki, dünən İstanbulda məhbus bıçaqla ətrafdakılara hücum edib. Nəticədə doqquz nəfər yaralanıb.

Son xəbərlər

Orphus sistemi